Ölkə
20 iyun 2020
344

Çoxlu su için: koronadan qoruyur — Professor

Çoxlu su için: koronadan qoruyur — Professor


Sosial şəbəkələrdə yaponiyalı alimlərin apardığı araşdırma ilə bağlı video-süjet yayılıb. Bildirilir ki, alimlər koronavirusa yoluxmamaq üçün hər 15 dəqiqədən bir bir neçə qurtum su içməyi məsləhət görürlər. Bu yolla nəfəs yoluna daxil olan virus qida borusundan mədəyə yönləndirilir və mədədə məhv olur. Əks təqdirdə isə virusun nəfəs borusundan ağciyərlərə daxil olması və bu orqanı zədələməsi ehtimalı artır.
Yayılan bu məlumatla bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, ağız və boğazın nəmli olması virusun məhv olmasına səbəb ola bilər.

"Viruslar ilkin olaraq nəfəs yollarından bədənə daxil olurlar. Nəfəs yoluna daxil olan virus replikasıya olaraq, yəni öz sürətini yaradaraq hüceyrə xaricinə çıxır. Onlar bu cür artıb, çoxalırlar. Hüceyrədə artıb bayıra çıxan virusları nəmli boğaz mədəyə yuyub aparır. Əks halda həmin viruslar nəfəs yollarından bəlğəm vasitəsi ilə aşağı tənəffüs yollarına irəliyə bilərlər. Ona görə də boğazın nəmli olması şərtdir. Hər dəfə su içdikdə xaricə çıxan virusları su yuyub mədəyə aparır. Mədə şirəsinin təsirindən isə viruslar məhv olur. Bu baxımdan yayılan məlumat həqiqəti əks etdirir", - həkim qeyd edib.