Ölkə
22 iyun 2020
287
Kondisionerlər sizi koronavirusa yoluxdura bilər ? — VİDEO
Havaların qızması ilə kondisionerlərə olan tələbat artıb. Tələb qarşılığında vətəndaşlara müxtəlif qiymətlərə mallar təklif edilir. Qiymətlər isə kondisionerlərin keyfiyətinə görə və digər parametrlərə görə dəyişir.
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.
Yaqub Hüseynov – Satıcı: “Ən ucuzu 450 manatdan başlayır, artıma doğru gedir. Qiymət kvadratına, firma fərqinə görə dəyişir. Alıcıların əksəriyyəti keyfiyyətə və bir də qiymətinin münasib olmasına daha çox diqqət edirlər”.
Bəs kondisionerləri sağlamlığımıza zərər verməyəcək şəkildə necə istifadə edək? Həkimlər deyir ki, kondisionerin təmizliyi olduqca önəmlidir.
Yalnçın Abuzərov – Həkim: “Kondisionerin tərkibində olan filtrlərin vaxtı-vaxtında təmizlənməməsi toz hissəciklərinin üzərinə yapışmış hər hansı bir infeksiyanın artıb çoxlamasına şərait yaradır. Bu da başqa infeksiyaların yayılmasında böyük rol oynayır”.
Nağı Kərimov – Usta: “Vaxtı-vaxtında fitlrlər təmizlənməlidir. Çünki bütün otaqda olan toz-torpağı, tozu hamısını filtrlər çəkir. Hava filtrdən dövr edir. O fitrlər vaxtı-vatında təmizlənməlidir ki, insana ziyan olmasın, mikrob insana keçməsin”.
Ustalar kondisionerin filtrlərini ayda azı 1 dəfə yumağı məsləhət görür. Bunun üçün usta köməyinə də ehtiyac yoxdur və hər bir vətəndaş özü edə bilər.
Nağı Kərimov – Usta: “Bütün kondisionerlərin kitabında filtrlər necə yuyulur, o izah olunub. Yuxarı çəkməklə setkalar çıxır. Bu setkaları suyun altında yuyub, qəşəng qurudub. Quru şəkildə gətirib yerinə yerləşdirmək lazımdır. Kondisioner havanı yuxarıdan çəkəndə hava filtrdən keçir. Məsləhətdir ki, bu setkalar yuyulub sonra yerinə taxılsın”.
Həkimlər isə pandemiya dövründə kondisioner işləyən evin havasını tez-tez dəyişməyi tövsiyyə edir.
Yalçın Abuzərov – Həkim: “Pəncərələr, qapılar bağlı olur. Kondisionerin də mənfi təsiri bundan ibarətdir ki, sirkulyasiya yoxdur. Yəni infeksiyalı şəxs daxil olur evə, öskürdüsə xaric olan viruslar bərk əşyaların üzərinə düşür. Belə olan təqdirdə isə sağlam adamı yoluxdurmaq ehtimalı daha çoxdur”.
Xatırladaq ki, bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov bildirib ki, uzun müddət istifadə olunan kondisionerlər infeksiya mənbəyi ola bilər. Bunun üçün hər 6 aydan bir kondisionerlər yoxlanılmalıdır. İnsanların uzun müddət kondisioner altında yatması sağalmasının ləngiməsinə səbəb ola bilər.
Daha çox xəbər:
Tanınmış həkimdən koronavirusla bağlı tövsiyələr: Çoxlu qarpız yeyin, doğra ...
ÖlkəÇoxlu su için: koronadan qoruyur — Professor
ÖlkəPandemiya dövründə dondurma yemək məsləhət deyil — Həkimlər səbəbini izah e ...
Ölkə“İkinci dalğa bizdə indi başlayır” – Yaqub Məmmədov
Cəmiyyət"Həftəsonu qapanmalar daha uzun müddətli ola bilər" — RƏSMİ
Cəmiyyət