Ölkə
01 dekabr 2020
275
Azərbaycanda koronavirusla bağlı təhlükəli vəziyyət - Sərt qərarlar verilə bilər - VİDEO
Keçən ilin fevral ayının sonlarında ölkəmizdə koronavirusa ilk yoluxma faktı qeydə alındı. Bir müddət öncə koronavirusa gündəlik yoluxma sayında azalma müşahidə edilsə də, təəssüf ki, son günlər gündəlik yoluxma sayı 4 mini ötüb. Vətəndaşlar sprey və maska taxmaqla, həmçinin əllərini yumaqla koronavirusdan qorunduqlarını deyirlər.
ATV əməkdaşları şəhərdə müşahidələr zamanı koronavirusa hələ də məsuliyyətsiz yanaşanların olduğunu müşahidə edib.
Bu məsuliyyətsizliyin davam etməsi sonda daha ciddi problemlərə səbəb ola bilər. Ən əsası səhiyyənin imkanları çoxluğun qarşısında tab gətirə bilməz. Həkimlər sağlamlıq tədbirlərinə riayət edilməsini zəruri hesab edirlər.
Millət vəkili İlham Məmmədov bildirir ki, COVİD-19 pandemiyasının statik göstəriciləri və dinamik artımı olduqca təhlükəli bir həddə yaxınlaşdığımızın göstəricisidir:
"Bunun ən bariz nümunəsi və ən dəhşətlisi artıq xəstəxanaların və Azərbaycan səhiyyəsinin yüklənməsidir. Ümumiyyətlə, bütün dünyada belədir. Yoluxma statistikası artdıqca ağırlaşan xəstələrin sayı, bununla bərabər dünyasını dəyişən xəstələrin sayı da çoxalır. Çox təəssüf olsun ki, biz artıq ölümün rekord hədlərindən danışırıq".
Həkimlərin də dediyi kimi, sadə 3 qaydaya riayət etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları koronavirus bəlasından qorumuş olarıq. Əks təqdirdə gündəlik yoluxma sayında artım qaçılmazdır. Təbii ki, belə olan hallarda karantin qaydaları da sərtləşdirilə bilər.
Daha çox xəbər: