Ölkə
05 yanvar 2021
288
Azərbaycanda şagirdlərin yerdəyişməsi yenidən dayandırılacaq

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək.
Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Daha çox xəbər:

BNA Bayram günlərində ictimai nəqliyyatın işləməsi barədə açıqlama yayıb
Ölkə
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırdı
Ölkə
Müəllim olmaq istəyənlərin nəzərinə: Qeydiyyat üçün son gündür
Ölkə
Müəllim olmaq istəyənlərin nəzərinə — Nəticələr açıqlandı
Ölkə
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
Cəmiyyət