Ölkə
30 dekabr 2020
246
BNA Bayram günlərində ictimai nəqliyyatın işləməsi barədə açıqlama yayıb
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinə qədər yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Yeni il tətili günlərində də bu qərar əsas götürülməklə 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-a qədər ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. 31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.
Daha çox xəbər:
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
CəmiyyətBu gün avtobuslar yenidən fəaliyyətə başlayır
CəmiyyətSabahdan daha bir məhdudiyyət tətbiq ediləcək
CəmiyyətBu gündən bəzi şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılı ...
ÖlkəHəftəsonu bu şəhərlərdə ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qada ...
Cəmiyyət