Ölkə
04 mart 2021
260
Nazirlikdən vaksinasiya ilə bağlı vətəndaşlara MÜRACİƏT
“Bəzən vətəndaşların narazılıqları vaksin olunmağa gəldikləri zaman növbə gözləmələridir. Qeyd etmək istəyirəm ki, vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi bəzən vətəndaşların gözləməyinə səbəb ola bilir”.
Bunu Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib.
Nazirlik rəsmisi qeyd edib ki, əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti ilə yaranır: “Onların bir-bir qeydiyyata alınması prosesi həqiqətən bəzən çətinliklərə səbəb olur və gözləmələrə gətirib çıxarır. Nəticədə müəyyən narazılıqlara səbəb olur. Bizim işə yardım məqsədi ilə vətəndaşlardan qeydiyyatdan keçmələrini və ya yaxınlarından bu prosesdə onlara yardımçı olmalarını xahiş edirik”.
S.Babazadə eyni zamanda vaksin olunduqdan sonra hər hansı bir şikayətlə müraciət edən vətəndaşlar olub-olmamasına da aydınlıq gətirib: “Təkcə COVID-19 vaksini yox bütün vaksinlərin vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.
Daha çox xəbər:
Azərbaycana gətiriləcək vaksinlərin ölümə səbəb olma iddialarına TƏBİB-dən ...
CəmiyyətVaksinasiya bu şəxslərdə az effekt verə bilər - AÇIQLAMA
ÖlkəCOVİD-19 vaksinləri nə zaman paylanılacaq? - TƏBİB-dən AÇIQLAMA
CəmiyyətSəhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı
ÖlkəHansı koronavirus xəstələri xəstəxanaya aparılır? – Nazirlikdən açıqlama
Ölkə