Ölkə
03 iyul 2020
336
Azərbaycanın bu bölgəsində COVİD-19-a yoluxma yoxdur

Göyçay rayonunda COVİD-19 virusuna yoluxma hallarına rast gəlinmir.
Bunu Trend-ə açıqlamasında "Göyçay rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov deyib.
Onun sözlərinə görə, hazırda rayon əhalisi nəzarətdə saxlanılır, mütəmadi olaraq bu xəstəliklə bağlı yoxlamalar keçirilir:
"Bir müddət əvvəl tək-tək şəxslərdə şübhəli məqamlar oldu ki, həmin şəxslər də dərhal nəzarətə götürüldü. Hazırda rayon ərazisində bu xəstəliklə bağlı müraciət edən yoxdur. Tibbi heyətimiz gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir, yerlərdə COVİD-19-la bağlı vəziyyətə nəzarət olunur".

Daha çox xəbər:

Koronavirusa yoluxan icra başçısının 40 əməkdaşından test götürüldü
Cəmiyyət
Koronaviruslu xəstələr üçün daha 12 xəstəxana ayrıldı — SİYAHI
Ölkə
Sərt karantin rejimi bu bölgələrdə də tətbiq ediləcək – VİDEO
Ölkə
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon – STATİSTİKA
Cəmiyyət
Göyçayda zəncirvari qəza — Xəsarət alanlar var - FOTO
Kriminal