Ölkə
07 iyul 2020
285
Koronavirusun uşaqlar üçün yeni fəsadları aşkarlandı
Koronavirusa yoluxmuş uşaqlarda mərkəzi və periferik əsəb sistemləri ilə bağlı nevroloji fəsadlar meydana çıxır.
Report xəbər verir ki, belə bir nəticəyə Londonun məşhur Qreyt Ormond-strit Uşaq Xəstəxanasının mütəxəssisləri gəlib.
Həkimlər xəstəxanaya yerləşdirilmiş uşaqların vəziyyətini təhlil ediblər və bir çox pasiyentlərdə iltihablı sindrom aşkarlayıblar.
Belə fəssadların aşkarlandığı iyirmi yeddi pasiyentdən dördündə ensefalopatiya, baş ağrıları, beyin problemləri, əzələ zəifliyi və reflekslərin azalması müşahidə olunub.
Bundan başqa, beynin maqnit-rezonans tomoqrafiyası zamanı korpus kallosumun qalınlaşmasında dəyişikliklər də aşkarlanıb. Qeyd edilir ki, virusun digər fəsadları da mövcuddur.
Daha çox xəbər:
Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı
ÖlkəHansı koronavirus xəstələri xəstəxanaya aparılır? – Nazirlikdən açıqlama
ÖlkəKörpə koronavirusun səbəb olduğu yeni xəstəlikdən öldü
DünyaKoronavirusun yeni növü aşkarlandı, sürətlə yayılır
DünyaBakıda xəstəxanada daha iki ölüm — Koronavirus şübhəsi
Kriminal