Ölkə
07 iyul 2020
312
Koronavirusa görə min nəfərə yaxın məhkum şərti AZADLIĞA BURAXILDI
Pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.
Oxu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə “Ədliyyə orqanlarında COVID-19 infeksiyası ilə mübarizə tədbirləri” mövzusunda keçirilən videokonfransda məlumat verilib.
Tədbirdə dövlət başçısının əfv sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin, davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğulanıb.
Daha çox xəbər:
Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi
CəmiyyətKoronavirusa görə iş saatları dəyişdi — Ramiz Mehdiyevdən SƏRƏNCAM
CəmiyyətTürkiyədə koronavirusa yoluxanların sayı 181 mini ötdü
Dünyaİcra başçısının oğlunu öldürən Lamiyə Azərbaycandan getdi
KriminalAzərbaycanda korrupsiyaya yol verən daha bir şirkət rəhbəri həbs edildi – R ...
Kriminal