Ölkə
20 noyabr 2020
995
Müharibədən zərərçəkənlər üçün onlayn “Psixoloji dəstək xətti” fəaliyyətə başladı
Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərərçəkən vətəndaşlar üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) fəaliyyətə başlayıb.
Agentlikdən "Ölkə.Az"a verilən məlumata görə, psixoloji dəstək xəttinin açılmasında məqsəd müharibədən zərər çəkən insanlara operativ psixoloji yardımın göstərilməsidir. Agentliyin psixoloq və psixiatrları tərəfindən göstəriləcək yardım onlayn şəkildə həyata keçiriləcək. Belə ki, mütəxəssislər vətəndaşlara həm telefon zəngi vasitəsilə səsli, həm də videogörüntü (ZOOM və digər proqramlar vasitəsilə) formasında dəstək olacaqlar.
Qeyd olunan telefon nömrəsinə zəng edən vətəndaş ona göstəriləcək psixoloji dəstəyin formasını (telefon danışığı və ya videogörüntü) özü seçəcək.
Vətəndaşın müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə yönləndiriləcək. Mütəxəssislərdən ibarət xüsusi qrup müraciəti araşdırdıqdan sonra vətəndaşa məhz hansı istiqamətdə yardım göstəriləcəyinə qərar verərək, onunla əlaqə yaradacaq.
“Psixoloji dəstək xətti” möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara fasiləsiz və sürətli psixoloji xidməti təmin edəcək.
Daha çox xəbər:
İlham Əliyev: "Gəncəyə hücum qərarını şəxsən Paşinyan verib"
Gündəm, SiyasətPensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran g ...
Maraqlı, VideoBu gündən daha bir ekspres marşrut xətti fəaliyyətə başladı
CəmiyyətKarantin rejimi yumşaldılır, rayonlara gediş-gəliş bərpa edilir — AÇIQLAMA
CəmiyyətBakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə — MÜRACİƏT
Ölkə