Ölkə
24 fevral 2021
1198
Şahin Məmmədov: XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ
Masallının din xadimləri Xocalı soyqırımı qurbanlarını andı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin təşkilaçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş video formatda konfrans keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, QMİ-nin Masallı rayonu üzrə qazısı və səlahiyyətli nümayəndəsi, icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər. Öncə Xocalı soyqırımı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov bildirib ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. M. Bədirovun sözlərinə görə, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb.
QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Ayıq Səmədov və Elvin Hüseynli çıxışlarında Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və ən faciəli səhifələrdən biri olduğunu qeyd ediblər.
Masallıda "Xocalı fəryadı" mövzusunda onlayn tarix dərsi
Masallıda "Xocalı fəryadı" mövzusunda onlayn tarix dərsi keçirilib.
R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı fəryadı” mövzusunda onlayn tarix dərsi keçirilib. Onlayn dərsdə rayonun Hişkədərə kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər. Dərsə başlamazdan əvvəl məktəblilərin ifasında dövlət himni səsləndirilib. Sonra vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva tarix dərsi ərzində Xocalı faciəsi haqqında məktəblilərə ətraflı məlumatlar verib. Həmçinin vurğulanıb ki, erməni quldurlarının xalqımıza qarşı törətdikləri cinayət əməlləri unudulmamalı, faciə və onun günahsız qurbanlarının acı taleyi gənc nəslin nümayəndələrinə öyrədilməlidir.
Onlayn tarix dərsindən sonra məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər. Bununla yanaşı, istedadlı şagirdlərin Xocalı faciəsini özündə əks etdirən rəsm işləri onlayn qaydada sərgilənib.
Dərsin sonunda məktəblilərlə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov - Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 29 il ötür. Lakin 29 il ötməsinə baxmayaraq həmin müdhiş gün, o dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır. Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir.
Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir. Bu səbəbdən də o, həm də qanla yazılan qəhrəmanlıq tarixi kimi qeyd edilə bilər. Ona görə də bu tarix həmişə geniş təbliğ edilməli, gələcək nəsillərə ötürülməlidir.Mənfur düşmənlərin xalqımıza qarşı törətdikləri soyqırımları, faciələri heç vaxt unutmaq olmaz! 31 mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı faciəsi və,s hər biri Azərbaycan xalqının sağalmaz yarasıdır. 30 ilə yaxın zaman ərzində rusların köməyi ilə Azərbaycanın 20 faizdən çox torpaqlarımızı işğal altında saxlayan erməniərin tapdağından ali baş komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində azad edilməsi yuxarıda sadalanan xalqın dərin yaralarına bir məlhəm oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şərəf hissi ilə qeyd edə bilərəm ki, müxtəlif yollarla əl atan düşmənlər heç vaxt Azərbaycan xalqını sındıra, diz çökdürə bilmədilər. Bəşər tarixində dərin iz qoyan və minillik tarixə malik Azərbaycan xalqı qədim zamanlardan indiyə qədər yaşamış, yaratmış, böyük dövlətlər qurmuş və həmişə düşmənlərini məhv etmişdir! Xalqımız əbədi yaşamağa layiq olan xalqdır və bunu tarixin müxtəlif dövrlərində sübut etmişdir. 44 günlük vətən müharibəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının müasir dövrdə özünün əbədi yaşamağa layiq olan xalq kimi bir daha sübut etməsi idi.
Daha çox xəbər:
Rüstəm Xəlilov: BƏŞƏR TARİXİNDƏ GÖRÜLMƏMİŞ VƏHŞİLİK İLƏ TÖRƏDİLƏN XOCALI FA ...
BölgəKiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim olundu
DünyaABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi nümayiş etdirili ...
Dünya, VideoABŞ-ın daha bir şəhərində Xocalı soyqırımı barədə qərar qəbul edildi - FOTO
DünyaABŞ-ın Skoki şəhərinin meri Xocalı qətliamının ildönümü ilə bağlı bəyannamə ...
Dünya