Ölkə
09 iyul 2020
1042
Elektron siqaretlər ölümcül təhlükəlidir — XƏBƏRDARLIQ
Elektron siqaretin buxarını hətta bir dəfə udmaq ürək-damar sisteminə mənfi təsir edir.
Publika.az xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri çıxış ediblər.
Tədqiqatçılar üzərində təcrübə aparılan insanlarda elektron siqaret mayesinin inqalyasiyasından sonra bud arteriyasında qan dövranının müvəqqəti dəyişdiyini müşahidə ediblər.
MRT müayinəsi qan dövranının hətta nikotinsiz mayedən istifadə vaxtı da dəyişdiyini göstərib. Alimlər hansı mayenin nəticələrə təsir etdiyini müəyyən edə bilməyib.
Tədqiqat müəllifi U.Verli Feliksi qeyd edir ki, bir neçə dəqiqə sonra hər şey normaya düşür, lakin zamanla bu siqaretlərin istifadəsi qarşısıalınmaz nəticələrə gətirib çıxara və ateroskleroz daxil olmaqla, ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
Daha çox xəbər:
Amerikalı alimlər koronavirusa qarşı dərman TAPDI
Dünya"Kəskin istidən soyuq otağa daxil olsanız..." — Kardioloqdan XƏBƏRDARLIQ
ÖlkəSiqaret çəkənlərə BƏD XƏBƏR
Gündəm, ÖlkəOrqanizmdə vitamin C çatışmadıqda nə vaş verir? — Acı fəsadları
ÖlkəBakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə — MÜRACİƏT
Ölkə