Ölkə
13 noyabr 2020
999
SOCAR Qarabağ müharibəsində şəhid və əlil olmuş əməkdaşlarının ailələrinə yardımlar edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əmək haqqının 40 misli həcmində yardımlar veriləcək.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək.
“Böyük Qələbənin əldə olunması üçün bir çox həmkarımız qəhrəmancasına şəhid olub. Allahdan onlara rəhmət diləyir, onlarla fəxr edirik”, - deyə məlumatda bildirilir.
Daha çox xəbər:
SOCAR hökumətə yeni strategiya təqdim edəcək
İqtisadiyyatRumıniyada “SOCAR” brendi altında 50-ci YDM istifadəyə verildi
İqtisadiyyatAzərbaycan avqustda gündəlik 669,1 min barel neft hasil edib
İqtisadiyyatSOCAR-da kadr dəyişikliyi olub
İqtisadiyyatSOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi
Cəmiyyət