Ölkə
18 sentyabr 2020
1287

ANONS! Eynulla Novruzov ilə bağlı ŞOK FAKT - cənab Prezidentin nəzərinə

ANONS! Eynulla Novruzov ilə bağlı ŞOK FAKT - cənab Prezidentin nəzərinə



Xeberim.info-nun redaksiyasıa Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Eynulla Novruzov bağlı şikayətlər daxil olmaqdadır. Kürdəmir rayon mərkəzi xəstəxanasında baş verən özbaşnalıqlar barəsində çoxsaylı şikayətlərin ünvanı olaraq yenidən şikayət dolu müraciət almışıq. Bildirilir ki, “Bizim müalicəmizin pulsuz olması sadəcə sözdədir. Xəstəxanada bizdən hər xırda şeyə görə pul istəyirlər. Qəpik-qəpik soyuluruq”. Rayon Mərkəzi Xəstəxanası demək olar başdan ayağa rüşvətə bürünüb. Kürdəmir rayon Xəstəxanası qeydiyyyat otağından başlayaraq həkim müalicəsinə kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi xidmətin olmamasına görə sakinlər başqa xəstəxanalara daha çox müraciət etmək məcburiyyətində qalırlar.

Buna görə də bölgələrdə səhiyyənin durumu bərbaddır. Görünür, ölkə başçısının bu sahəyə ayırdığı diqqət və qayğıdan sui-istifadə edənlər var.

Daha ətraflı gələn sayımızda. Bizi izləyin.

Qeyd edək ki, İşdən çıxarılıb həbs olunan Ceyhun Cəfərova rüşvət verib vəzifəyə gələn Eynulla Novruzov hələdə vəzifəsini icra edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli