Ölkə
30 noyabr 2020
940

Koronavirus ən çox burundan yoluxur

Koronavirus ən çox burundan yoluxur


"Koronaviruslar ən çox bizə burun yolu ilə yoluxur. Virus burun keçidinə yerləşdikdə, bu bölgədəki sinir hüceyrələrinə təsir edir və ilk növbədə qoxu duyğumuz yox olur və dad alma duyğumuza da təsir edir".
"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, bunu ölkənin Koronavirus Tibbi-Elmi Komitəsinin üzvü, professor Həsən Tezər deyib.

O qeyd edib ki, virusdan qorunmaq üçün maskadan düzgün istifadə etmək lazımdır: "Viruslar burundan daxil olur və əvvəlcə oradakı hüceyrələrə çatır. Sürətlə boğaza və oradan ağciyərlərə doğru hərəkət edir. Maskalardan düzgün istifadə virus ötürülməsinin qarşısını alır. Maska taxmadan əvvəl əllər təmizlənməlidir, üz ilə maska ​​arasında boşluq olmamalı və nəm olduqda maska ​​yenisi ilə əvəz olunmalıdır".

Professor bildirib ki, yolda ağzımızda maska gəzərkən, burnumuz açıq qalır: "Virus burundan ötürüldüyünə görə ən yaxşı qorunma burunun örtülməsidir. Virusa tutulanlar ən çox qızdırma, öskürək və nəfəs almaqda çətinlik çəkirlər. Son vaxtlar dad və qoxu itkisi artmağa başlayır. Yaxşı xəbər isə budur ki, bu problem müalicədən sonra iki-üç həftə ərzində düzəlir".
Geri 1 2 3 4 5 6 7 8 9 İrəli