Siyasət
03 avqust 2020
329
UFC yarışında qondarma rejimin “bayrağı”qaldırıldı - Azərbaycandan etiraz

"UFC yarışında erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərində işğalçı Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin qondarma “bayrağının” qaldırılması ilə bağlı ölkəmizin ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən UFC prezidentinə etiraz məktubu göndərilib".
Bu sözləri XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb:
"UFC qaydalarına istinadən yalnız beynəlxalq tanınmış dövlətlərin bayraqlarının nümayiş etdirilməsinə icazə verildiyi qeyd olunaraq, yarışı siyasiləşdirmək cəhdlərinə görə erməni əsilli döyüşçüyə qarşı müvafiq nizam-intizam tədbirlərinin həyata keçirilməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması tələb edilib".

Daha çox xəbər:

Pakistan Şurasından azərbaycanlılara qarşı törədilmiş vəhşiliklə bağlı bəya ...
Siyasət
Türkiyədə erməni müğənninin konserti və müqaviləsi LƏĞV OLUNDU
Şou biznes
Ermənilərin Belçikadakı icazəsiz aksiyası alınmadı
Siyasət
“Ermənistan danışıqları dayandırmaq istəyir”
Siyasət
XİN: Tovuz istiqamətindəki təxribatlar Ermənistan tərəfindən törədilmiş ter ...
Siyasət