Siyasət
05 avqust 2020
344
Azərbaycan XİN Livana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Livana başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in rəsmi tvitter hesabında paylaşım edilib.
“Beyrut limanında baş verən dəhşətli partlayışlarla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların hamısının tez sağalmasını arzu edirik”,- deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, avqustun 4-də Beyrutda pirotexniki anbarda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan həlak olub, 4 mindən çox insan yaralanıb.

Daha çox xəbər:

Beyrutda ölənlərin sayı artır
Dünya
Beyrutdakı partlayışda ölənlərin sayı artır
Dünya
Azərbaycanlı dənizçilər Livan hökuməti tərəfindən təxliyyə edildi — RƏSMİ
Cəmiyyət
Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Yenilənib
Dünya
Beyrutda ard-arda güclü partlayışlar, ölənlər və yaralılar var - Video + Ye ...
Dünya