Siyasət
11 avqust 2020
402
Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı

Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.
Olaylar.az xəbər verir ki, təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır.
Şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var.
Məlumat üçün qeyd edək ki, Elxan Orucov 2013-cü ildə bu vəzifəyə təyin olunub.
Bundan başqa, şirkətin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb.

Daha çox xəbər:

Nazir DYP-nin rəisini işdən çıxardı — Yeni təyinat
Gündəm, Siyasət
Vilayət Eyvazovdan bütün rəhbər heyəti işdən çıxarılan şöbəyə yeni TƏYİNAT
Siyasət
DİN-in xidmət rəisi yüksək vəzifəyə təyin edildi
Ölkə
Kərəm Həsənovun kadrları işdən çıxarıldı — SİYAHI
Siyasət.jpg)
Azərbaycanda polis şöbəsinin bütün rəhbər heyəti işdən çıxarıldı — SON DƏQİ ...
Siyasət