Siyasət
30 sentyabr 2020
280
Prezident: "Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir"
"Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür".
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı səsləndirib.
“Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”, - dövlət başçısı deyib.
Daha çox xəbər:
Qan Bankında kifayət qədər qan ehtiyatı var - RƏSMİ
ÖlkəMehriban Əliyeva yaralı hərbçilərlə görüşdə kövrəldi - VİDEO
Gündəm, Ölkə, Videoİlham Əliyev və Mehriban Əliyeva yaralı hərbçilərlə görüşüblər
Gündəm, SiyasətƏsgərlərimiz Qarabağda məşhur erməni qadın snayperi məhv etdilər - FOTO
Kriminalİlham Əliyev: “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına ...
Siyasət