Tel: 099 340 40 33

Siyasət
26 oktyabr 2020
371

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək


Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçrəyə səfər edəcək.

 Report məlumatına görə, səfər oktyabr ayının 29-na planlaşdırılıb.

Səfər zamanı Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Cenevrə şəhərində planlaşdırılan görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.