Siyasət
26 noyabr 2020
243
Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib
Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında qərar layihəsinin qəbul edilməsinə münasibət bildirib.
Report xəbər verir ki, diplomat Fransa hökumətinin naziri Jan-Batist Lemuanın çıxışına diqqət yetirməyin vacibliyini deyib.
“Aydın olsun deyə, bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri bunları dedi: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq. Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti sayəsində deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq”, - səfir tvitter səhifəsində yazıb.
Qeyd edək ki, daha əvvəl Fransa Senatına qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında 145 saylı qərar layihəsi təqdim edilib və noyabrın 25-də layihə müzakirə olunaraq qəbul edilib. 306 senatordan 305-i layihənin lehinə səs verib. Bu qərar layihəsinin əleyhinə səs verən yeganə senator Silviya Qua-Şaven olub.
Daha çox xəbər:
Türkiyəni vurmaq üçün Azərbaycanı qurban seçdilər - Müharibə indi başlayır
DünyaDeputat: “Fransanın hərəkətləri münaqişənin yenidən qızışdırılmasına xidmət ...
CəmiyyətFransa XİN Senatın Qarabağla bağlı qətnamə layihəsini pislədi
DünyaSabiq deputat: “Paris meriyası qondarma “DQR”i tanıyarsa...”
SiyasətƏrdoğandan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bə ...
Dünya