Siyasət
30 dekabr 2020
295
Prezident İlham Əliyev bir qrup şəhidin anasına Azərbaycan vətəndaşlığı verib

Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirən bir neçə şəhid anasının müraciətlərinə müsbət yanaşılıb və Azərbaycan Prezidentinin 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamı ilə onların hər biri Azərbaycan təndaşlığına qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2020-ci il 14 iyul Tovuz döyüşlərində şəhid olan və Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevna vətəndaşlıq alıblar.

Daha çox xəbər:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayı ...
Gündəm, Ölkə
Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə q ...
Cəmiyyət
Azərbaycanın 3601 hərbçisi “Vətən uğrunda” medalı ilə təltif edilib
Ölkə
“Evi şəhid ailəsinə verməyini dostlarından eşitmişdim” - Generalın anası
Ölkə
Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı — VİDEO
Cəmiyyət