Siyasət
18 fevral 2021
268
Rusiya və Ermənistan XİN başçıları Qarabağ razılaşmasını müzakirə etdi
Fevralın 17-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar baş tutub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın qısa işgüzar səfəri zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin bütün aspektləri barədə hərtərəfli müzakirə aparılıb.
"Əsas diqqət hərbi əsirlərin mübadiləsi, humanitar yardım, regionda nəqliyyat əlaqələrinin bərpa edilməsi, habelə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu vasitəsilə səylər kontekstində məsələlərini müzakirəsinə ayrılıb”, - məlumatda deyilir.
Görüş zamanı Cənubi Qafqazdakı vəziyyət nəzərə alınmaqla regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə edilib.
Daha çox xəbər:
Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri sabah Moskvada görüşəcək
SiyasətRusiyalı generaldan Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi b ...
DünyaAzərbaycan və İtaliya XİN başçıları arasında telefon danışığı olub
SiyasətAzərbaycan, Rusiya və Ermənistanın XİN başçıları bəyanat qəbul ediblər
Gündəm, SiyasətAzərbaycan XİN başçısı rusiyalı həmsədri və Anjey Kaspşik ilə cəbhədəki vəz ...
Siyasət