Siyasət
17 mart 2021
276
Zakir Həsənov işğaldan azad edilən ərazilərdə yerləşən bölmələrdə olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib və çay süfrəsi arxasında hərbi qulluqçularla söhbət aparıb.
Qeyd edək ki, şəxsi heyətin rahat yerləşməsi, qidalanması və məişət şəraitinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qısa müddətdə azad edilmiş ərazilərdə onlarla müxtəlif təyinatlı modul tipli komplekslər quraşdırılıb. Bu istiqamətdə fəaliyyətlər hazırda da davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərdə şəxsi heyətin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə Ali Baş Komandanının tapşırığına əsasən yeni ərzaq anbarları tikilərək istifadəyə verilib.
Şəxsi heyətin ilboyu təzə və yüksək kalorili ərzaq ilə təmin olunması məqsədilə istifadəyə verilən bu anbarlarda saxlanılan məhsullar təminatı gücləndirmək üçün müxtəlif istiqamətlərdə yerləşən hərbi hissə və bölmələrə çatdırılır.
Daha çox xəbər:
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirili ...
ÖlkəPrezident göstəriş verdi: Müdafiə naziri azad edilmiş ərazilərdəki ordunun ...
CəmiyyətAzad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin təminatı yaxşılaş ...
Cəmiyyət"Azərpoçt" işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələri açı ...
Ölkəİşğaldan azad edilmiş ərazilərdə daha bir YENİLİK
Bölgə