Siyasət
30 iyul 2024
92
Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissənin keçmiş komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev barəsində seçilən həbs-qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti rədd edilib.
APA-nın məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Məhkəmə, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq, şikayəti təmin etməyib.
Polkovnik Samir Həziyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham olunur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Hazırda istintaq prosesi davam edir.
Daha çox xəbər:
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Gündəm, SiyasətAzərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
İqtisadiyyatƏli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanladı
Siyasətİran işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri görmək istəyir
İqtisadiyyatBaş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
Siyasət