Siyasət
30 iyul 2024
126
Baş nazir Əli Əsədov İranın Yeni Prezidenti Məsud Pezeşkianın Andiçmə Mərasimində İştirak Edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazir Əli Əsədov iyulun 30-da İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.
Həmçinin, Əli Əsədov həmin gün Tehranda İranın yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Aref ilə görüşüb. Görüş zamanı Əli Əsədov Məhəmməd Reza Arefi bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Daha çox xəbər:
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Gündəm, SiyasətAzərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək
İqtisadiyyatƏli Əsədov Türkiyənin vitse-prezidentinə məktub ünvanladı
Siyasətİran işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri görmək istəyir
İqtisadiyyatBaş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
Siyasət