Siyasət
05 iyun 2020
1051
Ülvi Quliyev: “Karantin rejiminin sərtləşdirilməsi vətəndaşın sağlamlığının qorunmasına xidmət edir”
Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu karantin rejiminin sərtləşdirilməsi Azərbaycan vətəndaşının sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Milli Məclisin sədri Sahibə Qafarova koronavirus pandemiyası ilə bağlı respbulikada yaranmış son durumla bağlı rəsmi Facebook səhifəsində müraciət edib.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, son günlərdə ölkədə koronavirus epidemiyasına yoluxma hallarının dinamikasına nəzər saldıqda xoşagəlməz bir mənzərə ilə rastlaşırıq. “Bu da ondan ibarətdir ki, infeksiyaya yoluxanlarla sağalanların dinamikası arasında ciddi fərq yaranmaqdadır. Baxmayaraq ki, pandemiya başladığı ilk zamanlarda cənab Prezidentin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində həm epidemiya yoluxma halları nəzarət altına alındı, həm də əhalinin sosial təminatı istiqamətində ciddi uğurlu addımlar atıldı. Azərbaycan iqtidar-xalq birliyi nəticəsində dünyada koronavirusa qarşı mübarizə aparan ən nümunəvi ölkələrdən biri oldu. Epidemiayay yoluxma halı minimum endi. Azərbaycan təcrübəsi digər ölkələrdə istifadə olunmağa başladı. Bunu nəticəsi olaraq mayın əvvəlindən etibarən ölkədə karantin rejimi yumşaldılmağa başlanıldı. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız karantin rejiminin yumşaldılması zamanı laqeydlik və məsuliyyətsizlik nümayiş etdirərək qaydaları pozaraq, ona riayət etmədi. Bundan sonra vəziyyət yenidən mənfiyə doğru getməyə başladı. Vətəndaşdan fərqli olaraq dövlət hər zaman olduğu kimi bu dəfə də üzərinə düşən vəzifəni layiqincə icra etmək və prosesi nəzarətdə saxlamaq üçün koronavirusla bağlı vəziyyəti diqqətdə saxladı, vətəndaşları davamlı olaraq pandemiyadan qorunma qaydalarına və tövsiyyələrinə əməl etməyə çağırdı. Hətta xəbərdarlıq etdi ki, vəziyyət nəzarətdən çıxa bilər, ikinci dalğa geri qayıda bilər. Acı nəticələr yaşana bilər. Lakin vətəndaşlarımız edilən bu çağırış və xəbərdarlqılara yenə də əhəmiyyət verməyərək, məsuliyyətsiz davranışlarını davam etdirdilər. Çox təəssüf ki, zamanında əldə edilən uğurları qoruyub saxlamağa və tamamilə bu bəladan qurtulmaq mümkün olmadı. İndi də onun cəmiyyət olaraq hamımız acı nəticələrini yaşamaqdayıq”- deputat qeyd edib.
Millət vəkili əlavə edib ki, baxmayaraq cənab Prezident və Birinci vitse-prezident xalqa müraciətlərində vətəndaşları nizam-intizam qaydalarına riayət edərək, məsuliyyətli olmağa çağırış etdi: “Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu müddət ərzində bütün fəaliyyətlərini insanların sağlamlığının müdafiəsinə yönəltdi. Ən çətin anlarda vətəndaşın yanında oldu və fəaliyyətləri ilə sübut etdilər ki, yürütdükləri siyasətin mərkəzində ancaq və ancaq vətəndaş amili, onların sağlamlığı, təhlükəsizliyinin təmin olunması dayanır. Bunun əvəzində biz nə etdik? Prezident və Birinci vitse-prezidentin çağırışına səs verib, onlara dəstək olub, real əməllərimizlə üzləşdiyimiz problemdən xilas olmaq əvəzinə, vəziyyəti daha da mürəkkəbləşdirdik. Ona görə də məcburi formada vətəndaşlarımızın sağlamlığının müdafiəsini təmin etmək üçün qaydaları sərtləşdirmək yolunu seçdi. Heç olmasa indi vətəndaş olaraq cəmiyyət qarşısındakı məsuliyyətimizi dərk edib qaydalara və tövsiyyələrə riayət etməklə üzləşdiyimiz bu bəladan xilas olaq.
Hər bir şəxs sosial məsuliyyətdən irəli gələn vəzifəsini dərk edərək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməklə, başqalarını da bu cür davranmağa dəvət etməlidir. Çünki hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. O baxımdan da hökumətin karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı xalqımızın sağlamlığının təminatı cəhətdən mühüm və zəruri addımdır”.
Daha çox xəbər:
Həftəsonu qadağalarla bağlı jurnalistlərin nəzərinə!
CəmiyyətAzərbaycanda karantin rejimi yenidən sərtləşdirildi — RƏSMİ
CəmiyyətDeputat: “Karantin rejiminin sərtləşdirilməsi doğru addımdır, çünki vətənda ...
Siyasət“Tək bildiyimiz odur ki, bu virus var və təhlükəlidir” – Koronavaksin çıxıl ...
Gündəm, CəmiyyətAzərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dol ...
Gündəm, Cəmiyyət