Sosial
29 iyul 2020
322
“Sarı kəsişmə toru” yenidən tətbiq edilir - Fotolar
Yol kəsişmələrində “sarı kəsişmə toru”nun tətbiqi istiqamətində işlərin növbəti mərhələsinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə əsasən şəhərin mərkəzi hissəsini əhatə edən yol kəsişmələrində müvafiq nişanlanma işləri aparılacaq. Bununla yanaşı 15 yol kəsişməsində təşkil edilən sarı kəsişmə toru nişanlanma xətlərinin yenilənməsi işləri də icra olunur.
Ümumilikdə 74 yol kəsişməsində sarı kəsişmə torunun tətbiqi nəzərdə tutulub. Sarı kəsişmə toru nişanlanmasının təşkilində məqsəd yol kəsişmələrində nəqliyyatın tıxanmasının qarşısını almaq, maneəsiz hərəkəti təmin etmək və yol hərəkəti təhlükəsizliyinin səviyyəsini artırmaqdır.
Daha çox xəbər:
Bu gündən bəzi şəhər və rayonlarda ictimai nəqliyyatın hərəkəti dayandırılı ...
ÖlkəSabah küçəyə çıxmamaq tövsiyə edilir
Ölkə“E-TEBİB” mobil tətbiqi belə işləyəcək
Gündəm, Ölkə“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq
ÖlkəAzərbaycanda SMS icazə bərpa edilir, nəqliyyatın hərəkəti dayandırılır — SO ...
Cəmiyyət