Sosial, Video
07 avqust 2020
325

Yaxın günlərdə 190 manatın verilməsinə başlanılacaq - Canlı

Yaxın günlərdə 190 manatın verilməsinə başlanılacaq - Canlı


Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev avqust ayında sərtləşdirilmiş karantin rejimi tətbiq edilən inzibati ərazilərdə 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı brifinq keçirir.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazir Sahil Babayev bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.

O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək.

Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.