Sosial
04 sentyabr 2020
375
Pensiya ilə bağlı ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik “Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır.
Nazirlikdən verilən məlumata görə, bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək.
Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.
Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.(HİT.az)

Daha çox xəbər:

Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağl ...
Sosial
Pensiya kartlarını itirənlərin diqqətinə!
Sosial
Pensiyaların miqdarı artırılır — RƏSMİ AÇIQLAMA
Sosial
Pensiyalar və digər sosial ödənişlərlə bağlı — MÜHÜM AÇIQLAMA
Sosial
Pensiya alanların nəzərinə — Dəyişikliklər var
Cəmiyyət