Sosial
06 oktyabr 2020
1820

Eldar Abbasovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Eldar Abbasovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Oksigen Klinik xəstəxanasının Travmatoloq-ortopedi Professor Dr. Eldar Abbasovdur.

Travmatoloq-ortoped Professor Dr. Abbasov Eldar 1974-cü ildə Azərbaycan Tibb Universitetininmüalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1 il Travmatologiya və Ortopediya kafedrasında asissent kimi çalışmışdır.1975-1987-ci illərdə Moskvada Elmi Tədqiqat Revmatologiya İnstitutunda çalışmış, Tibb elmləri namizədliyini və doktorluğunu müdafiə etmişdir.1995-2006-cı ildə Elmi Artrologiya şöbəsinin direktoru olmuşdur.Hal-hazırda ATU-nun Travmatologiya və Ortopediya kafedrasının professorudu.100-dən artıq elmı məqaləsi və monoqrafiyası çap olunub.Travmatoloq-ortoped Professor Dr.Abbasov Eldar Oksigen Klinik Xəstəxanasında xəstələrin muayinə və müalicəsini həyata keçirir:

TRAVMATOLOGİYA
Yumşaq toxuma əməliyyatı(yuxarı ve aşağı ətraflar)
Çıxıqların salınması
Hallux valqus
Hallux valqus yumşaq toxumada
Metal fiksatorların çıxarılması
Diz oynaginin doaqnostik artroskopiyası
Menisk əməliyyatları debidement
Açıq çarpaz bag təmiri
Lateral bagların(diz oynagı təmiri)
Mil,bilək dirsək diz oynaqlarinda debidement
Bazunun təkrar çıxışı
Bud çanaq oynagınınn total endoprotezi-sadə displastik reviziyon
Diz protezlərin aglrlaşması
Bud çanaq oynaginin debidementi
Eksostozlar kənar rezeksiya(sümüyün xoş xassəli şişləri)
Tək eksostoz
Heterotopiya ossifikat
Mur protezi
Anadan gəlmə bud çıxığı
Bud-çanaq oynağının və diz oynagının redrisasiyası
Budun korreksiyaedici osteotomiyası
Budun arxa çıxığının osteosintezi
Sümük biopsiyaları
Axil vətərinin plastikası
Pəncədə tendoplastika
Said bazu bud baldir osteosintez
Daban osteosintez
Əl barmaqlarınınn osteosintezi
Üçoynaqlı ortrodez
Dərialti törəmələrin götürülməsi kiçik və böyük həcmli
Tofuslarin xaric edilməsi
Mil bilək oynaginin ortodezi
Körpücük sümüyünün osteosintezi
Dyupyuitren kontrakturası
Əyriboyunluq (yumşaq toxuma)
Vətər yatağı qanqioma
Revmatoidli əldə plastik əməliyyat
Modilong xəstəliyi


Oksigen Klinik xəstəxanasının Travmatoloq-ortopedi Professor Dr. Eldar Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Eldar Abbasov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Eldar Abbasov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Eldar Abbasovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Eldar Abbasov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə inamını artırır!

Eldar Abbasov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Travmatoloq-ortoped kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Oksigen Klinik xəstəxanasının Travmatoloq-ortopedi Professor Dr. Eldar Abbasov - Əzəli torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qanuni haqqıdır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqları mənfur qonşumuz olan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Təəssüflər olsun ki, BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də bu problemin həllində susur.
Ermənistan hökuməti 30 ildir davam edən münaqişənin həll edilməsində maraqlı deyildir. Ermənistanın siyasi hakimiyyəti daxili siyasətdə yaşadığı sosial-iqtisadi problemləri, epidemioloji vəziyyətin gətirdiyi sosial çətinlikləri həll etməkdə acizdir. Ermənistan hökuməti vətəndaşlarının diqqətini bu problemlərdən yayındırmaq, daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
İşğalçı Ermənistan cari ilin 27 sentyabr tarixindən başlayaraq öz layiqli və sərt cavabını almaqdadır. Azərbaycan torpaqlarının uzun müddət işğalda saxlanılması, ərazi bütövlüyümüzü tanımaq istəməməsi, danışıqlardan imtina etməsi Dağlıq Qarabağ probleminin həllinin çox böyük bir düyünə salır.Azərbaycan danışıqlar naminə danışıqlar aparmayacağını və bu problemi əbədi olaraq saxlamaq fikrində olmadığını Ermənistana eləcə də beynəlxalq aləmə dəfələrlə elan edib.
2016-cı il aprel və 2020-ci il iyul aylarında Ermənistanın atəşkəsi pozmasından sonra yaşanan hadisələrdə Azərbaycan Ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində Ermənistan ordusu məğlubiyyətə uğradıldı. Ermənistanın məğlubiyyəti ona dərs olmalıdır. Ali Baş Komandan dəfələrlə bildirib ki, bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur. Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması sadəcə bölgənin deyil, beynəlxalq aləmin də təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Bütün beynəlxalq platformalarda Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərini həmişə çatdırıb. Son günlər ölkə başçısı BMT-nin 75 illik iclaslarında və debatlarında da iştirak edərək Azərbaycan həqiqətlərini bir daha səsləndirdi və ermənilərin yeni müharibəyə hazırlaşdığını vurğulayaraq baş verə biləcək toqquşmalarda bütün günahın, təqsirin erməni tərəfində olacağını bildirdi. Üç gün keçdi və biz yenidən erməni təxribatının şahidi olduq. İyul və avqust aylarındakı təxribatların davamı olaraq ermənilər bu gün təxribat törətdilər.Mülkü Azərbaycan əhalisini atəşə tuturlar, yaralananlarımız var. Bizim artıq səbrimiz tükənib. Bütün bunları nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı.
Bu, bizim haqq mübarizəmizdir və bütün beynəlxalq hüquq bizim tərəfimizdədir. Tam haqqımız çatır ki, işğal altında olan torpaqlarımızı ermənilərdən və terrorçulardan azad edək. Unutmayaq ki, ermənilər bütün bu baş verənlərdən kifayətlənməyərək Liviyadan və digər münaqişə bölgələrindən erməni əsilli terrorçuları Azərbaycanın tarixi torpaqlarına, həmçinin qədim şəhərimiz Şuşaya yerləşdirirlər. Biz buna qətiyyən dözə bilmərik. Bu, təhqirlərə son verilməlidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev televiziya ilə xalqa müraciət edərək ordumuzun yetəri gücə və qüvvəyə malik olduğunu, istənilən hücum əməliyyatını uğurla başa çatdıracağına əminliyini ifadə etdi: “Bu gün səhər bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimiz, eyni zamanda, hərbi mövqelərimiz atəşə tutulub. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. ALLAH şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.
Dövlət başçısı cənab İlham Əliyev bizim mübarizəmizin haqq yolunda və haqlı olduğunu vurğuladı. Qarabağ Azərbaycandır dedi və qələbənin bizim olacağını söylədi.
Hər bir əli silah tutan Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun. Xalq, ordu, dövlət birliyi, Vətən uğrunda milli mücadilə sayəsində işğal olunan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, üçrəngli bayrağımız Şuşada dalğalanacaq.