Sosial
27 oktyabr 2020
375
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.
Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.
Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.
Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.
Daha çox xəbər:

Dövlət başçısı: "Bizim hədəflərimiz yalnız hərbi qurğular idi"
Gündəm, Siyasət
Müdafiə Nazirliyi: Cəbhə xəttində vəziyyət ciddi gərginləşib
Hadisə
Prezidentin köməkçisi Ermənistanın təxribatını şərh etdi — “Köçürülmüş insa ...
Siyasət
Yəhudilərdən ermənilərin Tovuz təxribatı ilə bağlı — SƏRT BƏYANAT
Dünya
Ceyhun Bayramov XİN başçısı kimi ilk iclasa qatıldı - Foto
Siyasət