Sosial
30 noyabr 2020
243
İşıq pulu ilə bağlı əhaliyə ŞAD XƏBƏR
2022-ci ildən Azərbaycanda elektrik enerjisi tarifləri günün saatından asılı olaraq dəyişə bilər. Yəni, ölkədə gecə-gündüz tariflərinin tətbiq edilməsi nəzərdə tutulub.
Baxar.az xəbər verir ki, artıq bununla bağlı hökumətdə müzakirələr gedir.
Energetika Nazirliyinin "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun hazırladığı layihə aidiyyəti dövlət qurumlarına göndərilib. Layihəyə əsasən, günün pik saatlarında elektrik enerjisi nisbətən baha, qeyri-pik və gecə saatlarında isə nisbətən ucuz olacaq.
Xatırladaq ki, bir neçə il bundan əvvəl Asiya İnkişaf Bankı Azərbaycanda sözügedən layihənin hazırlanmasına 1 milyon ABŞ dolları qrant ayırmışdı.
Hazırda ölkədə əhali qrupu abunəçiləri üçün elektrik enerjisinin 1 kVt/saatının qiyməti ay ərzində 300 kVt/s-a qədər istifadə edildikdə 7 qəpik, 300 kVt/s-dan artıq istifadə edildikdə isə 11 qəpikdir.
Daha çox xəbər:
Cəbrayıl və Hadrut elektrik enerjisi ilə təmin olundu
Bölgə“Azərişıq” azad edilmiş ərazilərdə yeni güc mərkəzlərini qurmağa hazırlaşır ...
İqtisadiyyat, VideoBakıya 1 milyonluq avtobuslar gətirilir? — Tunellərdən keçəcək və...
İqtisadiyyatBaş nazir bu Dövlət Komitəsinin vəzifələrindən birini ləğv etdi
Siyasət“Azərbaycan” İstilik Elektrik Stansiyası istifadəyə verildi
Ölkə