Sosial
03 dekabr 2020
322
İşğaldan azad olunan ərazilərdə qazlaşma işlərinin perspektivləri.... - Video
Məlum olduğu kimi işğaldan əvvəlki dövrdə Dağlıq Qarabağ və ətraf rayonların ərazisində yerləşən şəhər, qəsəbə və kəndlərin böyük bir hissəsi Azərbaycan tərəfindən təbii qazla təmin olunurdu. “Qafqazinfo” xəbər verir ki, bu məqsədlə magistral və paylayıcı qaz şəbəkəsi də çəkilib.
Lakin erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində qeyd olunan ərazilərin həmin vaxt qaz təminatı dayandırılıb. Ssentyabrın27-dən Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi zamanı əldə edilən Qələbədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində, yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb.
Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilmişdir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılır. Qeyd olunmuş istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. Hal-hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq.
Bu barədə hazırlanan video materialı bu ünvandan yükləyə bilərsiniz:
Daha çox xəbər:
Qorxmaz Hüseynov: YAŞASIN ALİ BAŞ KOMANDANIMIZ! YAŞASIN MÜZƏFFƏR ORDUMUZ!
CəmiyyətSamir Şərifov: "Gələn ilə hazırlanmış dövlət büdcəsi layihəsinə işğaldan a ...
İqtisadiyyatCəbrayıl və Hadrut elektrik enerjisi ilə təmin olundu
Bölgəİşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı - RƏS ...
Cəmiyyət“Azərişıq” azad edilmiş ərazilərdə yeni güc mərkəzlərini qurmağa hazırlaşır ...
İqtisadiyyat, Video