Sosial
25 dekabr 2020
267
Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi - VİDEO
Cari ilin dekabrın 24-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonu ərazisində yerləşən Bərdə dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib.
FHN-dən verilən məlumata görə, doqquz vaqonluq humanitar yardım əsasən, tikinti materialları, texniki və məişət avadanlıqlarından ibarətdir.
Qeyd edək ki, 24 dekabr tarixinədək Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım göndərilib. Gətirilən yardımın Vətən Müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən həm əməkdaşlıq çərçivəsində göndərilən yardımlar, həm də sülhməramlılar üçün ünvanlanan yüklər Azərbaycan Respublikasının ərazisindən çatdırılır.
Daha çox xəbər:
FHN Suqovuşan su anbarını mühafizəyə götürüb - RƏSMİ
CəmiyyətDaha bir nazirliyin Qarabağ Regional İdarəsi yaradıldı
ÖlkəFHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı
SosialDüşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - ...
HadisəPrezident bu rayonlarla bağlı sərəncam verdi
Gündəm, Siyasət