Sosial
26 dekabr 2020
309
Şəhidin ailəsinə sosial dəstək göstərilir

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Babayev Rahid Bəxtiyar oğlunun ailəsinə də müvafiq sosial dəstək işləri aparılır.
Şəhidin ailəsi ilə görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onlara Prezidentin aylıq təqaüdünün təyin edildiyini bildiriblər.
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alacaqları, pensiya təyin olunacağı halda uşaqların hər birinə aylıq müavinət də ödəniləcəyi bildirilib. Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də məlumat verilib.
Şəhidin orta ixtisas təhsilli olan həyat yoldaşının işlə təmin olunması məsələsinin də diqqətdə saxlanacağı qeyd edilib.

Daha çox xəbər:

Orta aylıq əmək pensiyası 338, yaşa görə pensiya 370 manat olacaq - Nazir
Sosial
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək -RƏSMİ
Ölkə
Pensiyalarla bağlı MÜHÜM YENİLİK
Sosial
Pensiya ilə bağlı ŞAD XƏBƏR
Sosial
Nazirlikdən Tovuzda şəhid olan hərbi qulluqçuların ailələri ilə bağlı — AÇI ...
Ölkə