Sosial
28 dekabr 2020
222
Siyavuş Novruzov: “Qarabağ müharibə veteranlarının müavinətləri 150-180 manata qaldırılsın”
“Bu gün Birinci və ikinci Qarabağ müharibə veteranlarının müavinətləri 80 manatdır. Bu azdır və artırılmasına ehtiyac var”.
Bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi veteranlarına 50 manat həcmində müavinət verilirdi və Prezidentin sərəncamı ilə bu miqdar 80 manata qaldırıldı.
“Amma bu vəsait onlar üçün yetərli deyil. Çünki ötən müddətdə qiymətlərdə artım var və bu pulla onlar sosial və kommunal xərclərini ödəməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, bu miqdar 150-180 manata qaldırılarsa daha yaxşı olar. Bu vəsait onlalra communal problemlərini həll etməyə imkan verər”- millət vəkili bildirib.
Daha çox xəbər:
Deputat: “Aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar m ...
SosialKönüllülərə ŞAD XƏBƏR - Hər ay bu məbləğdə MÜAVİNƏT ALACAQLAR
SosialSahibə Qafarova Siyavuş Novruzovun təklifi barədə: “Bu məsələ müzakirə mövz ...
CəmiyyətSiyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi
Gündəm, Siyasət“1,3 milyon manatla Naxçıvan sərhədlərini qorusun, pandemiya ilə mübarizə a ...
Siyasət