Sosial
22 yanvar 2021
206
Bu dəfə postlardan 2059 maşın qaytarıldı
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, yanvarın 21-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2059 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 1 nəfər barəsində inzibati həbs, 1677 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Eyni zamanda ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Daha çox xəbər:
Postlardan geri qaytarılan avtomobillərin və cərimələnənlərin sayı açıqland ...
ÖlkəDİN: Postlardan 6 693 nəqliyyat vasitəsi geri qaytarılıb
HadisəDİN-dən karantin postlarındakı vəziyyətlə bağlı AÇIQLAMA
ÖlkəDünən rayona getmək istəyən 2538 maşın qaytarılıb
CəmiyyətDünən 2 minə yaxın maşın postlardan qaytarılıb
Hadisə