Sosial
28 dekabr 2020
1011
Deputat: “Şəhid ailəsi və qazinin problemini həll etmək istəyirsənsə, 20 obyekt və 5 evindən birini onlara ver”
“Kimlərsə şəhid və qazilərdən spekuliaysiya kimi istifadə etməməlidir. Bu məsələdə dövlətə də ağıl öyrətməyə ehtiyac yoxdur. Çünki biz dövlətin bu təbəqəyə nə qədər yüksək diqqət ayırdığının da şahidi oluruq”.
Bunu millət vəkili Fazil Mustafa Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu gün dövlət növbəti ilin büdcəsinə transfertlərin həcmini artırması məhz şəhid və qazilərin sosial müdafiəsinin gücləndirməsinə xidmət edir. “Bu gün dövlət bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirir. Əgər kimlərsə bu məsələdə şəhid və qazilərə dəstək olmaq istəyirsə, o zaman 20 obyektindən birini və ya 5 mənzilindən birini şəhid və qazilərə versin. Bununla da dövlətin üzərində götürdüyü yükü yüngəlləşdirsin və bu işdə öz töhfəsini versin”- millət vəkili bildirib.
Millət vəkili hesab edir ki, əsas problem kimi bu gün Bakıda gecəqondu problemini həllidir: “Yəni bölgələrdə yeni iş yerləri açmaq və iqtisadi fəallığı artırmaqla insanların bölgələrə qaytarılmasını təmin etsə yaxşı olardı. Bu heç də insanları Kəlbəcərə və digər rayonlara qaytarmaqdan az əhəmiyyət kəsb etmir. Hğkumət bu istiqamətdə ciddi iş görməlidir.
Hökumətin həll edəcəyi digər problem isə ictimai nəqliyyat məsələsidir”
Daha çox xəbər:
Deputat: “Aztəminatlı ailələrin sosial yardımlarına göz tikən cinayətkar m ...
SosialMilli Məclis Sədri: “Şəhid və qazilərina ailələrinin sosial müdafiəsi yaxşı ...
SosialDeputat: "İcra hakimiyyətlərində şəhid və döyüşlərdə iştirak edənlərin ai ...
SosialŞəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb
SosialMillət vəkili: Belə olsa, Azərbaycanı itirəcəyik
Siyasət