Sosial
23 noyabr 2020
1134
Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı uşağa yardım ayırdı

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
Bu barədə "Ölkə.Az"a Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.
Əziz Səncər BBC-də yayımlanmış xəbərə (//www.bbc.com/news/av/world-europe-54650502) istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev dağılıb. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılıb.
Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurban olublar.
Daha çox xəbər:

İşğalçı ermənilərin Bərdəyə xain hücumunun yeni görüntüləri yayıldı - ANBAA ...
Video, Hadisə
Erməni tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb
Hadisə
Ermənilərin Naftalana atdığı top atəşi nəticəsində həlak olan ailə üzvləri ...
Bölgə
Ermənilərin öldürdüyü ailənin iki məktəblisi... - Foto
Hadisə
Bu güzəşt övladlığa götürülən uşaqlar üçün də saxlanacaq
Sosial