Şou biznes
16 iyul 2020
398
Türkiyəli müğənnidən ŞƏHİD OLAN GENERALLA BAĞLI PAYLAŞIM — FOTO

Türkiyəli məşhur müğənni Alişan Azərbaycan Ordusunun general-mayoru qəhrəmancasına şəhid olan Polad Həşimov barəsində paylaşım edib.
O, generalın fotosunu “İnstagram” səhifəsinin hekayə bölümündə yayımlayaraq bu sözləri yazıb:
‘’Necə möhtəşəm insanmışsan. Nə gözəl ürəyə sahibsənmiş. Məkanın Cənnət olsun. Nur içində yatasan’’.
Daha sonra o digər paylaşımında Azərbaycan və Türkiyəyə məxsus foto yayımlayaraq ‘’Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan’’ sözlərini qeyd edib.
Qeyd edək ki, iyulun 14-ü səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov II Fəxri Xiyabanda dəfn edilib.



Daha çox xəbər:

İş adamı şəhid generalın ailəsinə mənzil hədiyyə etdi
Ölkə
İlham Əliyev şəhid general və polkovnikin ailəsinə zəng etdi — FOTO
Siyasət
General-mayor Polad Həşimov dəfn olunur — YENİLƏNİB + FOTO
Siyasət
Şəhid general Həşimov dəfn edilir - Foto
Gündəm, Ölkə
Azərbaycan Ordusu daha 7 şəhid verdi — Biri generaldır - SON DƏQİQƏ - FOTO
Gündəm, Ölkə