Şou biznes
20 iyul 2020
363
"Müharibə olsun demək dildə asandır, səngərdə olub, güllə səsi eşitsəniz" — Vüsalə Əlizadə

Tanınmış aparıcı Vüsalə Əlizadə sosial media hesabında maraqlı paylaşım edib.
Aparıcı ''İnstagram'' hesabında paylaşım edərək özünü reklam edənləri tənqid atəşinə tutub.
''Neçə gündür ölkənin bu vəziyyətindən sui-istifadə edib özünü reklam edənlər artıq ürək bulandırır. Hər yerin pisi də, yaxşısı da var, meşə çaqqalsız olmaz. Amma Vətəni qorumaq kimi şərəfli peşə kişilərin işidir. Özünü qoruya bilməyənlər Vətən qorumağa gedir. Yəni bu xalq o qədər aciz qaldı ki, sizə ümid oldu? Paylaşımı zəifləyib, reklamı ölən silikonlu gözəlçələr, "kalaşnikovun" şəklini belə görməyən gədələr, "hərbi xidmətə yararsız" kağızı almaq üçün min hoqqadan çıxanlar. Hərbi komissarlığın önündə şəkil çəkdirib, özünüzə oxşayan yalançı xəbər səhifələrini işlədən üzdəniraq "bacişkalarınıza" "Qəhrəman" başlıqlarla xəbər yazdırıb, Azərbaycanın adını batırmayın.Bu millət Vətən uğrunda igid oğullar itirib, onların qanı ilə yoğrulan torpağı cılızlaşdırmayın. "Müharibə olsun" demək dildə asandır, səngərdə olub, güllə səsi eşitsəniz, dizləriniz çat verər. Qeyrətli oğullarımız yetərlidir bu Vətənə. Abrınız-həyanız olsun, şəhid ailələrinə hörmət edin. Analardan, bacılardan, gəlinlərdən, uşaqlardan utanın. Yığışdırın bu rəzilliyi'' -deyə, o qeyd edib.

Daha çox xəbər:

Toyunda vağzalı əvəzinə “Əsgər marşı” səsləndirən şəhid mayorumuzun evindən ...
Cəmiyyət
Türkiyəli müğənnidən ŞƏHİD OLAN GENERALLA BAĞLI PAYLAŞIM — FOTO
Şou biznes
Qəhrəman ordumuza və şəhidlərimizə ithaf olunan — VİDEOÇARX
Gündəm, Ölkə
Hər şey elə bil yuxu imiş — Rəqsanə
Şou biznes
Könül Kərimova bu fotosunu paylaşıb ÖZÜNÜ TƏRİFLƏDİ
Şou biznes