Şou biznes
06 iyul 2020
301
Röya ikinci dəfə “Altın Kelebek” aldı — FOTO
Bu gün 46-cı “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi yeni formatda baş tutub.
COVID-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimi yeni dövrə uyğun konsepti ilə tamaşaçı qarşısına çıxıb.
Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra onlarla əlaqə saxlanılıb, çıxışları yayımlanıb.
Qeyd edək ki, “Pantene Altın Kelebek Mükafatları”nda artıq 3-cü dəfədir ki, Azərbaycan üçün xüsusi kateqoriya ayrılır.
Bu il də səkkiz məşhur; Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə namizəd olublar.
Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində “Altın Kelebey”in qalibi Xalq artisti Röya Ayxan seçilib.
İkinci dəfə sözügedən mükafata layiq görülən ifaçı mükafatını hazırkı pandemiya səbəbilə itirdiyi sənətçi dostlarına həsr etdiyini bildirib.
Xalq artisti xüsusi olaraq hazırladığı repertuarı ilə mükafatlandırmaya rəng qatıb. qafqazinfo.az
Daha çox xəbər:
Astarada toy mərasimi dayandırıldı, bəy polis şöbəsinə aparıldı — FOTO
Kriminal“Bu xəstəlik etdiyimiz günahlardır, qabağımıza çıxıb” — Xalq artisti
Şou biznesBu gün Milli Qurtuluş Günüdür — Xalq artistlərinin yaddaşında qalan HEYDƏR ...
Gündəm, SiyasətHəcc ziyarəti ilə bağlı YENİ QƏRAR: Bu il belə keçiriləcək
CəmiyyətÇingiz Əhmədovun Əliqismət Lalayevlə "müharibəsinin" səbəbi MƏLUM OLDU — ...
Şou biznes