Şou biznes
08 iyul 2020
325
Elza tərziylə yenə müzakirə yaratdı - Video
Əməkdar artist Elza Seyidcahan Xəzər TV-də yayımlanan “5-də 5” proqramının qonağı olub. “Qafqazinfo” xəbər verir ki, 52 yaşını qeyd edən müğənni-bəstəkar canlı efirə yenə fərqli obrazda qatılıb.
“Yaşıllıq təbiətin gözəlliyidir. Ən dahi rəssam Allahdır. Yaşıllıq onu rəmzidir ki, ekologiyanı qorumalıyıq, təmizliyə riayət etməliyik. Sənətin də ekologiyasını qorumalıyıq. Və bütün moda nümayişlərində belə obraza müraciət edirlər. Paltarım isə xüsusi hazırlanıb. Hindistandan gətirilən təmiz ipək parçadan tikilib”,- deyə sənətçi obrazı barədə qeyd edib.
Bacısı Rasimə ilə qeyri-adi imicdə proqramda yer alan Seyidcahan sosial şəbəkələrin də gündəminə düşüb.
İstifadəçilərin əksəriyyəti onu tənqid etsə də, digərləri onun tərzini qeyri-adi adlandırıb. İfaçı barədə maraqlı rəylər yazılıb, “caps”lər hazırlanıb.
Daha çox xəbər:
“Rəqsanə başdan – ayağa plastik əməliyyatdır, Roza mənəm-mənəm deyir" — Az ...
Gündəm, Şou biznes“Bu ifaçıları dinləmirəm” — ABŞ-dan qayıdan İlhamədən GÖZLƏNİLMƏZ ETİRAF
Gündəm, Şou biznesElza qaydaları pozdu, avtomobili əlindən alındı — 5500 borcu var
Şou biznesAzərbaycanda 67 avtomobili olan müğənni kimdir? — VİDEO
Şou biznes“Teatrın direktoru aktyorların qanını içir” — Əməkdar artist canlı efirdə ...
Şou biznes