Bölgə
15 yanvar 2021
988
Qubadlının Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başladı
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının formalaşdırılmasını davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib.
Belə ki, Qubadlı rayonu, Xanlıq kəndində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölməsi fəaliyyətə başlayıb. Bölmə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Qeyd edək ki, bundan əvvəl işğaldan azad edilmiş digər ərazilərdə, o cümlədən Qubadlı şəhərində də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yerli strukturları fəaliyyətə başlayıb.
Daha çox xəbər:
SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın başlayıb
HadisəAğdamda FHN-in yerli strukturu fəaliyyətə başlayıb
BölgəDaha bir nazirliyin Qarabağ Regional İdarəsi yaradıldı
ÖlkəFHN-in yerli strukturları azad olunmuş ərazilərdə fəaliyyətə başladı
Sosialİşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı - RƏS ...
Cəmiyyət