Cəmiyyət
04 dekabr 2020
261
Ədalətin təntənəsi
Əsrlər boyu çoxmillətli və multikultural ölkə olan Azərbaycan öz ərazisində məşkunlaşan digər xalqların nümayəndələrinə olduğu kimi , erməlilərə qarşı da humanist davranaraq eyni münasibəti göstərmişdir. Azərbaycanda uzun illərdir ki, on minlərlə erməni əsilli vətəndaşlar sülh şəraitdə yaşamış və indi də yaşamaqda davam edirlər.
Azərbaycanın haqlı mövqeyi, Ermənistanın işğalçılıq siyasəti bütün dünya ictimaiyyətinə məlumdur.
Dağlıq Qarabağ tarixən Azərbaycan toprpağı olub, ermənilər bu ərazilərə Kürəkcay razılaşmasından sonra köçurülmüşlər. Sonrakı illərdə isə "”Gülüstan ”və " Türkmənçay” müqavilələrindən sonra Qarabağda ermənilərin yerləşdirilməsi üçün hər cür şərait yaradıldı. Bu proseslərin həyata keçirilməsində Rusiya dövləti xüsusi səy və təşəbbüskarlıq göstərdi. Rusiyanın vasitəçiliyi sayəsində Qarabağın kəndlərində İran və Türkiyədən köçürülmüş erməni əhalisi yerləşdirilmiş , yerli azərbaycanlı əhalisi isə tədricən dədə-baba yurdlarından sıxışdırılıb çıxarılmış və bununla da azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir . Azərbaycan torpaqlarında məskunlaşdıqdan sonra ermənilər " özümə yer elərəm , gör sənə neynərəm” prinsipi ilə yaşadılar. Xəmiri nankorluqla yoğrulmuş, mayasında yalan, məkr, hiylə və xəyanət olan düşmən bizə həmişə arxadan zərbə vurmuş və vurmaqda davam edir.
Zaman- zaman və xüsusilə də ötən əsrin səkksəninci illərin sonlarından başlayaraq, Ermənistanın Azərbaycana qarşı törətdikləri bəşər tarixində misli görünməmiş vəhşiliklər, talanlar, terror hərəkətləri, xüsusilə də son bir neçə il ərzində təxribat xarakterli hücumları , bir daha onların işğalcı dövlət olduqlarının bariz nümunəsidir.
2016-cı ilin aprelində baş verən 4 günlük döyüşlər, 2020-ci ilin iyulunda Azərbaycan- Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hərbi əməliyyatlar və 2020-ci il 27 sentyabrında Ermənistanın yeni əraziləri zəbt etmək arzusu ilə Azərbaycana qarşı başladığı işğalçılıq müharibəsi da erməni təxribatları sayəsində baş vermiş, nəticədə isə yüzlərlə Azərbaycan Ordusunun hərbiçiləri, əsgərləri və mülki vətəndaşları həlak olmuşlar.
Hərbi əməliyyatlar zamanı tərəflər arasında üç dəfə humanitar atəşkəs barədə razılıq əldə olunsa da, təzavüzkar Ermənistan münaqişə bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncə, Bərdə şəhərlərində mülki insanları qadağan olunmuş silahlarladan atəşə tutaraq , dinc əhalini qətlə yetirmiş və bununla da beynəlxalq hüquqa, xüsusən də, Cenevrə Konvensiyası və onun əlavə protokollarına, həmçinin
BMT TŞ məlum qətnamələrin tələblərinə zidd olaraq, bütün qaydaları kobud surətdə pozmuşdur. Təbii ki, Ermənistan bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verəcək.
Azərbaycanın Şanlı Ordusu tərəfindən Ermənistanın bütün təzavüzkar niyyətlərinin qarşısını rəşadətlə, qətiyyətlə alınmış, onlara adekvat cavab verilmiş, həlak olmuş hərbiçilərimizin, əsgərlərimizin, qazilərimizin və mülki vətəndaşlarımızın qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri boşa çıxmış, Azərbaycan öz dövlət sərhədlərini və ərazi bütövlüyünü bərpa etdi , Azərbaycan Ordusu , Ali Baş Komandan, ölkə Prezidenti ,möhtərəm İlham Əliyevin rəhbərliyi altında hər santimetr torpaq uğrunda qəhrəmanlıqla mübarizə apardılar, vətən üçün, torpaq üçün şəhid olmağı özləri üçün əsl fəxafət saydılar.
Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır , bunu təsdiqləyən təkzibolunmaz tariximiz , kifayət qədər sənədlərimiz var və bu sənədlərlə beynəlxalq qurumlar da tanışdılar. Odur ki, bütün dunya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır . Belə olmasaydı Ermənistan bəlli xislətinə sadiq qalaraq , ücüncü tərəfi münaqişəyə cəlb etməyə, münaqişələrin coğrafiyasını genişləndirməyə cəhd göstərdikdə, xüsusilə də üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi ala bilərdi, "döyüş Ermənistan ərazisində aparılmır” kimi rədd cavabı almazdı.
Ermənistan növbəti təxribat planını həyata keçirəndə unutmuşdu ki, Azərbaycan artıq 30 il bundan əvvəlki , müstəqillik yolunda kövrək addımlarını atan, onlara "müvəqqəti qələbə” sevincini yaşadan Azərbaycan deyil, bu gün Azərbaycanın dünyanın aparıcı 50 ordusu sırasında fəxrlə adı çəkilən və bütün dünyaya nümünə ola biləcək qüdrətli ordusu və çox böyük səfərbərlik ehtiyatı var.
Yekun olaraq bir Azərbaycan vətəndaşı və ziyalısı kimi , Ali Baş Komandanımız ölkə Prezidenti , cənab İlham Əliyevə minnətdarlığımı bildirib , demək istəyirəm :” Sizin rəhbərlik etdiyiniz ölkədə yaşamağımızla fəxr edirik, bizə möhtəşəm qalibiyyət sevincini yaşadıb , bizi qalib ölkənin vətəndaşları etdiyiniz üçün çox sağ olun”
Qalibiyyətimiz ədalətin təntənəsidir
Qalibiyyətin, zəfərin mübarək, Azərbaycan!
Məhbubə Ələkbərova
Azərbaycan Dillər Universitetinin baş müəllimi
Daha çox xəbər:
Azərbaycanın baş konsulunun Ermənistanın işğalçı siyasətinə dair məqaləsi “ ...
DünyaPrezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinə təşəkkür edib
SiyasətErmənistanın təxribatları dünya mediasında
DünyaPrezidentin köməkçisi Ermənistanın təxribatını şərh etdi — “Köçürülmüş insa ...
Siyasətİlham Əliyev Təhlükəsizlik Şurasını TOPLADI — YENİLƏNİB - VİDEO
Gündəm, Siyasət