Cəmiyyət
04 dekabr 2020
173
SON DƏQİQƏ: Əsgərlərimiz Xankəndidə
Şahidlərin sözlərinə görə, Azərbaycan əsgərləri Xankəndiyə gəlir və supermarketlərdən alış-veriş də edirlər. Düzdür, onlar rus sülhməramlılarının müşayiəti ilə gəlir, ancaq hazırda bu, heç nəyi dəyişmir.
Axar.az xəbər verir ki, bu sözləri keçmiş və qondarma “dqr”in “prezident müşaviri” Tiqran Abramyan yazıb.
Abramyan Paşinyana müraciət də edib: “Sənin azacıq vicdanın qalıbmı? Nikol, sən mərdlik, şərəf haqda heç nə bilmirsən, ancaq anla: bu, haçansa yeni partlayışa səbəb olacaq. Sən olmayacaqsan, ancaq biz sənin qərarlarının ağır nəticələrini hiss etməyə davam edəcəyik”.
Qeyd edək ki, əgər rus sülhməramlıları gəlməsəydi, Azərbaycan Ordusunun Xankəndi şəhərinə girməsi an məsələsi idi. Buna görə də 10 noyabrda Paşinyan kapitulyasiyanı imzalamaq və digər ərazilərimizdən çıxmaq öhdəliyi götürməklə əslində boşalmış və bircə erməninin də qalmadığı Xankəndiyə ermənilərin qayıdışına nail oldu.
Bəyanatda isə Qarabağ ermənilərinə heç bir status nəzərdə tutulmadığı üçün onlar Azərbaycan şəhərində yalnız yaşaya bilərlər. Bu baxımdan Azərbaycan Ordusunun əsgərinin deyil, erməni əhalisinin Xankəndiyə qayıtmasına təəccüblənməli və buna görə ermənilər rus ordusuna minnətdar olmalıdır.
Xankəndi Azərbaycan şəhəridir və qısa müddətdə burada da suverenliyimiz təmin ediləcək.
Daha çox xəbər:
SON DƏQİQƏ: Əsgərlərimiz Xankəndidə
Cəmiyyətİlham Əliyev: "Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram"
Gündəm, Siyasət“Ermənilər Azərbaycan ordusunun gücünə tab gətirə bilmirdi” - ATƏT-in Minsk ...
DünyaTonoyan Azərbaycan ordusunun gücünü belə etiraf etdi
DünyaErməni tərəfi Şuşanın azad edildiyini etiraf etdi!
Hadisə