Cəmiyyət
21 iyun 2023
415
Nazir: “Birlikdə şam edənlərlə bunun əksini edən ailələrin övladlarının riyaziyyat göstəricilərində fərq var”

“Cəmiyyət, adətən, təhsildən narazıdır. Təhsillə bağlı böyük gözləntiləri formalaşır. Təhsil mexaniki proses deyil. Bu, psixoloji prosesdir və təhsilin sonunda kamil bir insan yaratmaq məqsədi var”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, aparılan tədqiqat nəticəsinə görə, şam yeməyini bir yerdə edən ailələrlə ayrı edənlərdə böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var:
“Evdə valideynlərin kitab oxumaq həvəsi, davranışı da prosesə böyük təsir edir”.
Nazir qeyd edib ki, məktəbəqədər hazırlığa gedən və getməyən uşaqlar arasında da ciddi fərq olur:
“Bunu müəllimlər də bildirirlər. Amma bu sahədə tədqiqatlar apara bilmirik”.

Daha çox xəbər:

Azərbaycanda ali təhsil pulsuz olacaq? - Nazir AÇIQLADI
Cəmiyyət
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
Cəmiyyət
Nazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDI
Ölkə
Yaşı 65-dən yuxarı olan müəllimlərlə bağlı qərar verildi - Nazir açıqladı
Cəmiyyət
Təhsil naziri təyin olundu — Emin Əmrullayev kimdir?
Ölkə