Cəmiyyət
10 iyul 2020
339
KATV-nin interneti niyə çökdü? – Şirkətdən AÇIQLAMA
Son 2 gün ərzində KATV1 şirkətinin abunəçiləri internetin zəif olmasından, yaxud tamamilə kəsilməsindən şikayətçidirlər.
Məsələ ilə bağlı şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Pərvin Sadıqov Modern.az-a açıqlama verib. O bildirib ki, COVID-19-la mübarizə çərçivəsində əksəriyyət evdə qaldığından bu da həddən artıq yüklənməyə səbəb olub:
“Koronavirusun internetə təsiri barədə uzunmüddətli proqnozlar vermək hələ tezdir, lakin video xidmətlərin aktiv istifadəsi artıq ilk şişkinliklərə səbəb oldu.
Karantin günlərində trafik quruluşu çox dəyişib və şirkət internetin həcmini 40% artıraraq trafik artımına hazırlaşdı. Lakin iyulun 9-da 53%-lik rekord sayda yüklənmə qeydə alınıb ki, bu da bəzi istifadəçilərimizin internetə çıxışı üçün problemlər yaradıb.
Şirkət artıq avadanlıqların həddən artıq yüklənməsi zamanı gələcək problemlərin qarşısını almağa imkan verən tədbirlər görüb.
Qeyd edm ki, ölkənin xarici və daxili trafiki İnternetin sürətinə və keyfiyyətinə də təsir göstərir. Serverləri digər ölkələrdə olan xarici saytlar və tətbiqetmələr xarici trafik hesab olunur. Onlara daxil olduqda ölkə daxilində internet şəbəkələri məhdud ötürmə qabiliyyətinə malikdir.
Bir çox istifadəçimiz koronavirusun yayılması səbəbiylə evdən işləyir. Ofis işi internetin aktiv istifadəsini də əhatə edir, lakin karantin ona yanaşmanı xeyli dəyişdirib. Məsələn, əvvəllər iş otaqlarında keçirilən görüşlər indi onlayn konfranslara çevrilib. Həmçinin, uşaqların təlimləridə internet üzərində keçirilir.
Xarici trafikin miqdarı artarsa, məlumat paketini ötürmək və almaq üçün daha çox vaxt və trafik lazımdır. Eyni problem, Zoom video konfransının istifadəçiləri arasında da müşahidə olunur, belə ki, şirkətin əsas serverləri Kaliforniyada yerləşir”.
Şirkət rəsmisi əlavə edib ki, işləri kompüterlə əlaqəli olmayan insanlar da evdə onlayn oyunları aktiv oynayırlar, onlayn film baxışı trafiki artıb:
“ Həmçinin, insanların diqqəti cari xəbərlərlə onlayn mənbələrə keçdiyini güman etmək olar. Azərbaycanda ümumi İnternet istehlakı 22% artdığə halda, ofis və mobil internet trafiki azaldı, çünki çoxları evdə internetdən (Wi-Fi) istifadə edir”.
Daha çox xəbər:
“Bəhram artıq oturur və aktiv hərəkətlərə cəhd edir”
Gündəm, Şou biznes“Pandemiyadan əziyyət çəkən sahələrə yardım edəcəyik” — Azərbaycan Preziden ...
Gündəm, SiyasətSon dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb? — AÇIQLAMA
Gündəm, ÖlkəKoronavirusun gətirdiyi “MƏCBURİ DƏB”: Evdən işləməyin müsbət və mənfi tərə ...
ÖlkəBakı Şəhəri üzrə Təhsil İdarəsindən valideynlərə — MÜRACİƏT
Ölkə