Dünya
05 avqust 2020
341
Partlayışda yaralananlar arasında azərbaycanlılar var? - XİN-dən açıqlama

Avqustun 4-də Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb.
Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
Qeyd edək ki, son məlumatlara görə, partlayış qurbanlarının sayı 78-ə çatıb, 4 mindən çox insan xəsarət alıb.

Daha çox xəbər: